​Restorana borclu qalan qadını girov götürdülər

Baxış sayı: 27

Avqustun 22-də Şabran rayonunda “Savalan” restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisə yaşanıb. Məlumata görə, restorana borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıb. Avqustun 23-ü pul ödəndikdən sonra girov buraxılıb. (avrasiya.net)