Respublikaçılar Trampın impiçmenti üçün Senata toplaşmaqdan imtina etdilər

Baxış sayı:
904

Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasını çağırmaqdan imtina edib.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Nəşr Makkonnelin nümayəndələrinə istinadən bildirib ki, o, "cümə günü və ümumiyyətlə 19 yanvara qədər" yuxarı palatanın üzvlərini yığmaqdan imtina edib.

Yanvarın 19-da, Co Baydenin vəzifə səlahiyyətinin icrasına başlamasından bir gün əvvəl isə Senat tətilə gedəcək.

Bu isə o deməkdir ki, demokratların D.Trampı səlahiyyət müddəti bitmədən vəzifəsindən kənarlaşdırmaq planı reallaşmayacaq.