Respublika Partiyası baş nazir seçkisi ilə bağlı QƏRARA GƏLDİ

Baxış sayı:
10261

“Ermənistan Milli Məclisinin Respublikaçılar fraksiyası baş nazir seçkilərində yekdilliklə qərar qəbul edəcək”.
 
 Bunu brifinqdə jurnalistlərə RP fraksiyasının rəhbəri Vahram Bağdasaryan deyib.
Millət vəkili deyib: "Bizim qərarımız yekdildir, bu barədə fraksiyanın bəyanatında eşidəcəksiniz". Ancaq Bağdasaryan RP-nin yekdil qərarının hansı yöndə olacağını deməyib və jurnalistlərə bir az səbrli olmağı tövsiyə edib.
“Bu gün Nikol Paşinyan baş nazir olmasa, gərginlik artacaq” sualına, Vaham Baqdasaryan belə cavab verib: "Hər iki halda gərginlik artacaq, məni də narahat edən budur. Bəlli deyil hansı vəziyyətdə gərginlik daha çox artacaq. Mənim üçün ən əhəmiyyətlisi - ölkəmizin təhlükəsizliyidir ".
Müxalifət.az