"Rembo" filminin məşhur aktyoru vəfat etdi - FOTO

Baxış sayı:
4294

"Rembo: Birinci qan" filmində polis şerifi rolunu oynayan Amerika aktyoru Brayan Dennexi vəfat edib.

Bu barədə "Variety" nəşri məlumat yayıb. 

Qeyd edilir ki, o, 81 yaşında dünyasını dəyişib. Brayan Dennexinin yaxınları bildirib ki, aktyor cümə axşamına keçən gecə dünyasını dəyişib. Ölümün təbii səbəbdən baş verdiyi bildirilir. Qeyd edilir ki, bunun koronavirusla əlaqəsi yoxdur. 

Qeyd edək ki, aktyor kinosevərlərə filmdəki şerif Tizl rolu ilə tanışdır. O, Vyetnam müharibəsinin veteranı Con Rembonu (Silvestr Stalloneni-red) öz şəhərindən qovur və sonra onu uğursuz şəkildə təqib edir. 

Dennexi həmçinin "Silverado", "Qətlin İllüziyası" və başqa filmlərdə çəkilib. Teatr səhnəsində öz işinə görə iki dəfə nüfuzlu "Toni" mükafatını alıb./Report