Rektor qızı onu döyənlərdən danışdı

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva döyülməyi ilə bağlı yayılan məlumatlara yenidən münasibət bildirib. Belə ki, o, Facebook səhifəsində bu barədə status yazıb.

Maraqlıdır ki, Ülkər İsayeva bu dəfə döyüldüyünü təkzib edib və görüntülərin ona aid olmadığını yazıb: “Əziz dostlarım və "dostlarım", hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyati yoxdur, mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!”.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxıb. Hakimin bu qərarından prokurorluq protest verib.

Bu gün həmin protest üzrə məhkəmə iclası keçirilib və növbəti iclas sabaha təyin edilib.