Rektor Qarabağda şəhid olan tələbəsinin ailəsinə məktub YAZIB

Baxış sayı:
1974

Türkiyənin Balıkesir Univeristetinin rektoru, Prof. Dr. İlter Kuş torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçənbu  ali məktəbin şəhid tələbəsi Məmmədağa Səfərovun ailəsinə minnətdarlıq məktubu göndərib.

Rektor şəhidin ailəsinə yazdığı məktubunda Qarabağı düşməndən azad etmək üçün vətənin istiqlalı və gələcəyi uğrunda canını fəda edən, 2014-2019-ci illərdə universitetin mühəndislik fakültəsinin mexanika mühəndisliyi üzrə təhsil alan şəhid Məmmədağa Səfərovu “bir millət, iki dövlət” anlayışı ilə türk millətinin şəhidi olaraq qəbul etdiyini yazıb. Rektor şəhidin ailəsinə başsağlığı verib.

”Bu duyğu və inancla, qəhrəman şəhidimizi rəhmət və minnətdarlıqla andıqlarını, əziz ailəsinə Balıkəsir Universitetinin minnətdarlıq etdiklərini bildirirəm”,-deyə mətkubda yazılıb.
 
Qeyd edək ki, Məmmədağa Səfərov təhsilini yarımçıq qoyaraq könüllü şəkildə Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.
 
P.S. Əldə etdiyimiz məlumata görə, Məmmədağa Səfərovun xatirəsini yaşatmaq üçün şəhidimizin adı universitetdə salonların birinə veriləcək.
 
Elnur Eltürk