Rektor mətbuatın gündəmini “zəbt edib” – ÖTƏN HƏFTƏ SAYTLAR ƏN ÇOX AKİF SÜLEYMANOVDAN YAZIB

Arzu Rəhimov və Hacıbala Abutalıbov da son günlər medianın diqqətində olub

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.

Beləliklə, ötən həftə - 30 oktyabr - 05noyabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 1-ci yeri “Rektor oğlu görün, nədə ittiham olunur...” adlı məqalənin 10 elektron KİV-də yayılması ilə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov tutur.

Mətbuatda ən çox adı hallanan məmur “Arzu Rəhimov Ramiz Yediyarovun “veteranlıq” alverinə icazə verdi” başlıqlı məqalənin 12 saytda yayılması ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov olmuşdur.
 
Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri ölkənin Səhiyyə naziri Oqtay Şirəliyev “Səhiyyə Nazirliyində dərman maxinasiyası: büdcədən milyonlar necə “silinir”?”, “MTN getdi, Şirəliyevin qohumu sahibkarların “qanını içir””, “Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi üsyan yetişdirir”, “Nazirin can verən rüşvətxor səhiyyəsi ABŞ tribunasında” başlıqlı 4 yazının 9 və “İcra Hakimiyyətində nöqsanlar aşkarlandı - Stat cədvəli 10 dəfə dəyişib, qeyri-qanuni maaş ödənilib” adlı məqalənin də eyni sayda elektron KİV-də yayılması ilə Bakı Şəhər İcra Hakimiyyətnin başçısı  Hacıbala Abutalıbov bölüşdürür.
 
Elektron mətbuatda ən çox adı hallanan 3-cü məmur yerini isə “Kənd təsərrüfatı ekspertindən nazirə bir yığın sual: Cavab susqunluq olacaq?”“Heydər Əsədov ADAU-da baş verənlərə göz yumur” adlı 2 məqalənin 7 elektron KİV-də yayımlanması ilə Kənd Təssərüfatı naziri Heydər Əsədov tutmuşdur.
 
 

ÖTƏN HƏFTƏ MƏTBUATIN DİQQƏTİNDƏ OLAN DEPUTAT – ELMİRA AXUNDOVA

 
Həftə ərzində “Modelin batdığı yaxtada deputatın oğlu da olub” adlı yazının 14 saytda işıqlanması ilə deputat Elmira Axundova isə deputatlar arasında həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur.
 
Muxalifet.az