REKTOR FƏLSƏFƏ DOKTORU OLAN XANIMDAN 100 MİN MANAT TƏLƏB EDİR - Olqa Vəlimedovadan Birinci vitse-prezidentə MÜRACİƏT

Baxış sayı:
9682

Azərbaycan Dövlət Pedoqoji Universitetin (ADPU) keçmiş əməkdaşı, fəlsəfə doktoru, dosent Olqa Viktorovna Vəlimedova tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Mehriban xanım! Sizə müraciət edərək haqlarımın bərpa olunmasını və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və dekan Şəhla Əliyeva tərəfindən məni zülm və təqibdən xilas etməyinizi artıq dərəcədə xahiş edirəm. Mən, Vəlimedova Olqa Viktorovna, psixologiya üzrə fəlsəfə doktoru, dosent artıq 1,5 ildir Azərbaycan Dövlət Pedaqoji Unversitetindən qondarma müsabiqədən sonra işdən çıxarıldım. Bu müddətdə mən dəfələrlə ali hakimiyyət orqanlarından, dövlət başçısından yardım istəyirdim, sonra isə media vasitəsilə prezidentə müraciət etmək məcburiyyətində qaldım. Məni susdurmaq üçün rektor və dekan məhkəmə köməyi ilə məndən 100 min manat tələb etməklə, terror təşkil etməyə qərar verdilər. Məhkəmə bir ildir davam edir. Mülki iş Sabunçu rayon məhkəməsindədir. Linqvistik ekspertizası sifarişlidir və birtərəfli mövqeyini inikas etdirir. Mənim sayta verdiyim müsahibədə ADPU-da olan qanunsuzluqlar və məni işdən azad olunmamla bağlı bütün səbəblər ardıcıllıqla sadalanıb. Amma ADPU-nin rektor və dekanı yalnız onlara sərf edən məqamları seçib, araşdırma predmetinə çeviriblər. Məni işdən çıxartdılar, əziyyət verirlər, bir ildir məhkəmədə süründürürlər, maddi təminatsız. Bəs belə hərəkətlərlə ADPU-nin rəhbərliyi imkansız pedaqoqları şərəf və nüfüzdan salmırlarmı? Kim tətəfindən onlara belə haqq və iradə verilib, camaatın haqlarını tapdalamaq üçün? Rektor və dekanın hansı ağılla məndən yüz min manat tələb etdikləri normal insanın ağlına sığmır. Maaşla dolanan sıravi müəllimin bu qədər pul varmı? Təkzib də istəyirlər. Məni 2017-ci ildə işdən uzaqlaşdırdılar, mən hansı təkzib verməliyəm? Deyim, bu yalandır, işləyirəm orada? Əvvəllər çalışdığım Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən birləşdirilib və mən öz elmi-pedaqoji fəaliyyətimi Pedaqoji Universitetində müəllim kimi davam etdirmişəm. 2016-ci ildə rəhbərlik bütün professor-müəllim heyətinə müsabiqədən keçmək şərtilə bizə bir illik əmək müqaviləsini bağlamağı təklif etdi və bağlanmış əmək müqaviləsi 2017-ci ilin sentyabr ayının 15-də bitmişdir. Universitetin rəhbərliyi elmi dərəcəsi və elmi nailiyyətlərə üstünlük veriləcəyini söyləyiblər, yəni elmi dərəcəsi olmayan laborant, magistr, texniki işçinin dərsi xoş gəlirsə, onlar elmlər namizədi, dosent, professor yerlərinə yerləşdiriləcək. Komissiyanın tərkibi müstəqil peşəkar elmi-metodik mütəxəssislərdən ibarət olmalı və dekanların rolu orada sıfıra enməlidir. Müsabiqənin nəticəsi o oldu ki, seçilənlərdən 70-80 faizi bir saat dərsi deməmiş laborantlar, texniki işçilər, magistr, baş müəllimliyi, dissertant və elmi dərəcəsi olmayan adamlardır. Yəni, bir dərs əzbərləyib beş il müddətində müəllim işləmək hüququ qazanıblar. Bu özbaşınalıq deyilmi? Mənim psixologiya üzrə fəlsəfə doktoru, dosent olmağıma, üç dil bilməyimə baxmayaraq mənə üstünlük verilmədiyini, elmi dərəcəsi olmayan şəxslərlə eyni səviyyədə götürüldüyünü, rəhbərlik tərəfindən yaradılmış komissiya üzvlərinin mənə qarşı qərəzli münasibət, aşağı bal verdiyini, bu səbəbdən mənə və başqa professor-müəllim heyətinin ştatdan kənar qalaraq, universitetin daxili qaydalarına uyğun olaraq onlarla bir illik əmək müqaviləsinin bağlanacağını, özbaşınalığa yol verildiyi haqqında araşdırılmasını və köməklik göstərilməsini xahiş etmişdim. Bu isə çalışdığım “Məktəbəqədər təhsil, təhsildə sosial-psixoloji xidmət və korreksiyaedici təlim” fakültəsinin dekanı Şəhla Əliyevanın göstərişi ilə çıxıb. Bu dekan pedaqoji kollektivdə əlverişli psixoloji iqlim yaratmaq əvəzinə, münaqişə, rüsvayçılığa üstünlük verir. Mənə qarşı müxtəlif təzyiqlər olurdu, işimdə qüsur və davranışımda günah axtarılırdı, tələbələr arasında mənim həbsxanada yatdığım barədə yalan şayiələr dekan tərəfindən yayılırdı. Bu barədə Universitet rəhbərliyinə dəfələrlə şikayətlənib, rektorun qəbulunda olmuşam. Rektor dekana etibar etdiyini söylədi. Mənim başqa müəllimlərlə birlikdə rektora müraciətimə cavab olaraq apellyasiya komissiyası yaradılıb. Camaat haqlı olaraq öz dərsləri ilə rəqiblərin dərslərinə baxılmasını tələb edir. Əgər o dərslər nümunəvidirsə, onda nədən qorxurlar? Qabaqcıl müəllimlər, alimlər elmi dərəcəsi olmayan laborant, texniki işçilərlə əvəz olunurlar. Bu yolla keçənlərə Elmi Şurasının iclasında təmtəraqlı şəkildə sertifikat və pul mükafatı verilib. Elə çıxır ki, ADPU-nun sertifikatı Prezident Aparatının nəzdində Ali Attestasiya Komissiyası tərəfindən verilən diplomlardan və qanun və Əmək Məcələsindən üstündür. Mənim rəqibim Əlixanova Gülnarənin müsabiqə zamanı elmi dərəcəsi və baş müəllimliyi yox idi və müsabiqədən sonra onun sənədlərində “baş müəllim” göstərilib. Analoji hərəkətlər başqa təzə seçilənlərdə də olub. Ştatdan çıxarılmış uzun illər çalışan müəllimlər rektorun otağına üz tutsa da, əlac tapmayıblar; onlara yalnız bir illik müqavilə təklif olunub, ştatdan kənar. Əmək Məcəlləsinin 50-ci maddəsində olan müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi qaydaları təcrübəli işçini təcrübəsiz ilə əvəzləməyə, kimdənsə üstün tutmağa, dövlət əhəmiyyətli diplomları sertifikatla eyniləşdirmə və üstünləməyə heç kəsə haqq vermir. Bağlanmış Müəllimlər İnstitutundan Prezidentimizin Sərəncamına görə gəldiyim üçün heç hansı müsabiqəyə nə əvvəl, nə də bir il sonra düşməməliydim. Mənə əvvəl saat-hesabı, sonra isə bir illik müqavilə ilə işləmək təklif olunub. Ömrünü müəllimlik peçəsinə və elmə həsr edən adama, eyni vaxtında milli azlığın nümayəndəsinə qarşı bu cür əziyyət vermək insafsızlıqdır. Mən alim, pedaqoq ola-ola işdən kənarda qalmışam, 1,5 ildir maddi vəsaitim yoxdur, əmək stajım kəsilib. Başqa işə düzəltməyə istəsəm də, onlar haqqımda mənfi rəy və məndən məhkəmə çəkişməsi yolu ilə 100 min manat məbləğində alacaqlarını söyləyirlər. Təhsil nazirinin qəbulunda iki dəfə olmuşam, bütün nazirlik bu problemdən xəbərdardır. Mən nə məhkəmədən, nə də rektordan müsbət nəticə gözləmirəm, qərarə alıb Avropa Məhkəməsi və bütün ölkələrdə olan nüfuzlu hüquq-mühafizə təşkilatlarına hüquq və azadlığımın tapdalandığını bildirib, kömək istəyəcəyəm. Hörmətli Mehriban xanım! Sizdən xahiş edirəm, mənim şikayətimi Təhsil Nazirliyinə göndərməyin, onlar heç nə araşdırmırlar, rektoru müdafiə edərək şablon frazaları ilə yola salırlar. Ərizəmdə şərh olunanları nəzərə alıb, kömək göstərməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm, çünki hüquqi dövlətdə yaşamağımız üçün belə şeylərə yol verilməməlidir”. Muxalifet.az Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.