Rejissor Xalq artisti ilə əlbəyaxa davasından DANIŞDI: “Başa düşmədim ki, niyə belə oldu”

Baxış sayı:
3907

Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə Xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında qalmaqal yaşanıb. Muxalifet.az xəbər verir ki, baş verən hadisənin görüntülərini Yenicag.az saytı yayıb.

Rejissor Yavər Rzayev məsələ ilə bağlı publika.az-a danışıb.

O bildirib ki, baş verən hadisəni media şişirdib:

“Nə əlbəyaxa dava, nə qalmaqal? Bu, sadəcə kiçik anlaşılmazlıq idi. Orada şişirtməli heç nə yoxdur. Əgər ciddi dava olsaydı, orada olan hər kəs bizi çəkərdi. Əslində, narazılıq olmuşdu. Tədbir bitəndən sonra Oqtay bəylə söhbət edib məsələni həll etdik. Heç özüm başa düşmədim ki, niyə belə oldu".