Referendum öncəsi ABŞ-ın BƏRZANİYƏ VERDİYİ VƏD İFŞA OLUNDU

 ABŞ dövlət katibi Reks Tillersonın, 25 Sentyabrdakı müstəqillik referendumuna 2 gün qalmış Məsud Bərzaniyə BMT və İngiltərə ilə birlikdə təqdim etdiyi variantın tam mətni ortaya çıxıb.
 
Müxalifət.az bildirir ki, bu barədə "Bloomberg" saytı xəbər verib.
“Bloomberg” saytı ABŞ  dövlət katibi Tillersonın İraq Kürd Regional rəhbərliyinin (IKBY) başçısı Məsud Bərzaniyə göndərdiyi məktubun tam mətnini yayıb. Tillerson məktubda Bərzanidən Bağdadla məzmunu və vaxtı  müəyyən olan danışıqlara son bir şans tanımasını təklif edir.
 ABŞ-ın BMT-nin də dəstəyi ilə bir il davam edəcək bu müzakirə təqviminə yardım edəcəyini vəd edir. Məktubda Ərbil ilə Bağdad arasında gəlir və ərazi münaqişələrinin aşılması, Kərkükdə də referendumu nəzərdə tutan konstitusiya maddəsinin tətbiqi vəd edilir.

  ABŞ: "GÖRÜŞÜN, RAZILAŞMASANIZ REFERENDUMU TANIYACAĞIQ”
 
 Məktubun ən diqqət çəkən hissəsi isə ABŞ-ın Bərzaniyə vədi ilə bağlıdır. ABŞ dövlət katibi İraq ilə IKBY arasında keçiriləcək görüşlərdən sonra razılıq əldə edilmədiyi təqdirdə, Kürdlərin keçirəcəyi referendumu tanıyacaqlarını vəd edir.
 Tillerson Bərzaninin rədd etdiyi təklif məktubunda, "əlbəttə ki, bu prosesin sonunda danışıqlar qarşılıqlı olaraq qəbul edilməzsə, bir nəticəyə əldə olunmazsa və ya Bağdaddan yaxşı niyyət gəlməməsi səbəbindən uğursuz olarsa, referendum keçirmək ehtiyaclarınızı tanıyacağıq" kimi ifadələr yer alıb.
Müxalifət.az