"Real"dan Mbappe üçün 280 milyonluq təklif

Baxış sayı:
14050

Yeni mövsümdə iştirak etdiyi bütün turnirlərdə uğur qazanmaı hədəfləyən "Real" PSJ-nin ulduzu Kilian Mbappeyə təklif göndərməyə hazırlaşır.

Qol.az-ın "France Football" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" fransız hücumçu üçün parislilərlə 280 milyon avro verməyə hazırdır. Əgər keçid gerçəkləşərsə, bu, futbol tarixində bir oyunçu üçün ödənilən ən yüksək təzminat məbləği olacaq. Hələlik bu rekord 2 il öncə "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə transfer olunan Neymara məxsusdur.

Qeyd edək ki, "Real"ın Mbappe ilə yanaşı, Neymar, Eden Hazard, Pol Poqba və Kristian Eriksen kimi futbolçularla damaraqlandığı iddia olunur.