​"Real"dan getmək istəyir — Ronaldu haqda yeni iddia

"Real"ın futbolçusu Kriştianu Ronaldu haqda yeni iddia ortaya atılıb.
Muxalifet.az xəbər verir ki, "Mega TV" portuqaliyalı hücumçunun növbəti mövsüm Madrid klubundan ayrılmağa qərar verdiyini iddia edib. Onun bu qərarını klub prezidenti Florentino Peresə çatdırdığı bildirilib. Ancaq klub rəhbərinin Ronoldunu buraxmağa razı olmadığı vurğulanıb.
Qeyd edək ki, K.Ronaldu 2016-cı ilin noyabrın "Real"la müqaviləni 2021-ci ilin yayına qədər uzadıb. O, klubun yeni müqavilə imzalamaq təklifini müsbət cavablandırmayıb.