"Real" Ronaldonun formasını kimə verdi?

Baxış sayı:
1420

"Real" rəhbərliyi Kriştiano Ronaldodan sonra 7 nömrəli formanı Fransanın “Lion” klubundan transfer edilən Mariano Diasa verib.

Muxalifet.az xəbər verir ki, daha əvvəllər "Kral klubu"nda 7 nömrəli formanı Kops, Amansio, Xuanito, Butragenyo və Raul geyinib. 25 yaşlı dominikanlı futbolçu “Real”ın yetişdirməsidir.

Mariano ötən mövsüm “Lion”da 37 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib.