“Real” Ronaldo ilə bağlı qərarını verdi

Kristiano Ronaldonu klubda saxlamaq niyyətində deyilik.
 
Oxu.az xəbər verir ki, bunu Madridin “Real” komandasının prezidenti Florentino Peres deyib.
Peres qeyd edib ki, komandanın maraqlarını həmişə hər bir oyunçunun ayrı-ayrılıqda maraqlarından üstün tutacaq. “Real” rəhbərliyi hesab edir ki, Ronaldo maaşının artırılması üçün klubu şantaj edir.
Xatırladaq ki, 32 yaşlı portuqaliyalının “Real”ı tərk etmək istəyi barədə məlumat iyunun 16-da yayılıb. Ronaldo Pereslə söhbət zamanı bildirib ki, bu addımı İspaniya prokurorluğunun onun ünvanına səsləndirdiyi ittihamlara görə atıb.
İyunun 13-də Ronaldoya qarşı vergidən yayınma (14,7 milyona avro məbləğində) maddəsi ilə iş qaldırılıb. İdmançı və onun vəkili bu ittihamla razılaşmırlar.