"Real Madrid"in sabiq prezidenti koronavirusdan öldü

Baxış sayı:
4668

İspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Lorenso Sans vəfat edib. 

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, L.Sans 76 yaşında koronavirusdan dünyasını dəyişib. 

O, bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya çatdırılıb. Sabiq funksionerin koronavirus analizi müsbət nəticə verib. 

Qeyd edək ki, Lorenso Sans 1995 - 2000-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Bu müddətdə "kral klubu" 1966-cı ildən həsrət qaldığı Çempionlar Liqasını iki dəfə (1998, 2000) qazanıb. Daha sonra L.Sans yerini hazırkı klub prezidenti Florentino Sansa verib.