"Real Madrid" Qaret Beylli satmaq istəyir

Baxış sayı:
7774

İspaniyanın "Real Madrid" klubu yay transfer dövründə Uels millisinin futbolçusu Qaret Beyllə vidalaşmaq niyyətindədir.

"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu azarkeşlər, jurnalistlər və komanda yoldaşlarından bəzilərinin etibarını itirib. Məsələn, qapıçı Tibo Kurtua təcrübəli forvardın komanda ilə birgə nahara qatılmamasından narazıdır.

Beylin özü növbəti mövsümü "kral klubu"nda keçirməyin əleyhinə deyil. Lakin ulduz futbolçu rəhbərliyin onu satmaq istəyindən xəbərdardır. Hücumçunun komandadan göndərilməsinə isə yüksək maliyyə tələbləri mane ola bilər.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm "Real Madrid"də 38 oyuna 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, "kral klubu"na 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya keçib. Hazırda Beylin bazar dəyəri 70 milyon avrodur.