"Real Madrid"ə gözlənilməz zərbə - 10 dəqiqə ərzində

Baxış sayı:
1702

İspaniya La Liqasının 24-cü turunda "Real Madrid" doğma meydanda "Girona"nı qəbul edib.
Muxalifet.az xəbər verir ki, "kral klubu" gözlənilmədən rəqibinə 2-1 hesabı ilə məğlub olub.
"Girona"nın qollarını Stuani (65) və Portu (75) vurub. "Real"ın heyətində isə Kazemiro fərqlənib.
Bu nəticədən sonra "Real Madrid"lə lider "Barselona" arasındakı xal fərqi doqquza yüksəlib.