“Real” klubu UEFA Superkubokunun qalibi oldu

Baxış sayı: 118

UEFA Superkubokunun qalibi bəlli olub.
 
Ötən mövsümdə avrokubokların qalibi olan qitə nəhəngləri Makedoniyanın paytaxtı Skopyedə münasibətlərini aydınlaşdırıblar.
Çempionlar Liqasının son qalibi “Real” Avropanın ən güclüsü olduğunu bir daha sübut edib. Avropa Liqasını qazanmaqla Çempionlar Liqasına vəsiqə qazanan “Mançester Yunayted” qitənin ikinci dərəcəli klub turnirindəki qələbəsinin davamını gətirə bilməyib.
Hər iki komanda əvvəllər də Superkubok qarşılaşmasında iştirak edib. “Real” son üç kubokdan ikisinin qalibidi. 2014 və 2016-cı illərdə bu titula yiyələnən madridlilər ardıcıl 2-ci dəfə Superkuboku muzeyinə apara bilib.
“Kral klubu” bunu bacararaq, “Ayaks” və “Milan”dan sonra ardıcıl iki dəfə qalib gələn 3-cü komanda olub. Hollandiyalılar 1972 və 1973, italiyalılar isə 1989 və 1990-cı ildə qələbələri sıralayıb. Son 27 ildə isə heç bir komanda titulunu növbəti mövsümdə qoruya bilməyib.
 Matçda hesabı madridlilər açıb. Kazemiro dəqiq oynayıb. İlk hissə "kral klubu"nun minimalhesablı üstünlüyü ilə başa çatıb. Zidanın yetirmələri ikinci hissəyə də qolla başlayıb. 51-ci dəqiqədə İsko gözəl kombinasiyanı məntiqi sonluğa çatıdırb.
Bu qoldan 11 dəqiqə sonra Romelu Lukaku fərqi azaldıb. Matçın qalan dəqiqələrində hər iki komanda qol vurmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyiblər.
"Mançester Yunayted" üzərində 2:1 hesablı qələbə qazanan "Real" Super Kubokun qalibi olub.
UEFA Superkuboku
8 avqust
“Real” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
Qollar: Kazemiro, 24, İsko, 51 - Lukaku, 62
Baş hakim: Canluka Rokki
Skopye (Makedoniya). II Filip stadionu