​Ərdoğanla Tramp bir neçə saatdan sonra telefonla danışacaq

Muxalifət.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu axşam telefon danışığının olacağı gözlənilir
Məlumatı Amerika prezidenti verib. Paylaşmada “R.T.Ərdoğanla bu səhər danşacağıq” deyilir. Təbii ki, ABŞ ilə Türkiyə arasındakı zaman fərqi nəzərə alındıqda, söhbətin bu axşam keçiriləcəyi bəlli olur.
Donald Tramp “Tvitter” səhifəsindəki yazısında türk həmkarı ilə “Yaxın Şərqə sülh gətirmək üçün” danışcaqlarını bildirib.