Ərdoğanla Tramp arasında telefon danışığı: TƏFƏRRÜAT

Baxış sayı:
2488

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
 
Telefon danışığı ilə bağlı rəsmi mətbuat açıqlaması verilib:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp arasında bu axşam bir telefon danışığı həyata keçirilmişdir.
Görüşdə ikitərəfli məsələlərlə yanaşı, Camal Qaşıqçı cinayəti, ABŞ-da davam edən FETÖ araşdırmaları, Suriyada terrorla mübarizə fəaliyyətləri və ikitərəfli iqtisadi əlaqələr haqqında fikir mübadiləsi aparılmışdır.
Camal Qaşıqçı cinayətinin bütün aspektlərinin üzə çıxarılması və hadisənin ört-basdır edilməsinə yol verilməməsi barədə anlaşan iki lider, bütün terror təşkilatları ilə mübarizə məsələsində, Türkiyə və ABŞ-ın daha yaxın əməkdaşlıq içərisində olmasının əhəmiyyətini vurğulamışlar.
 
MÜNBİÇ MƏSƏLƏSİ
 
İki lider, Münbiç yol xəritəsi çərçivəsində birgə patrul fəaliyyətlərinin başlamasından duyduqları məmnuniyyəti ifadə edərək prosesin bir an əvvəl başa çatdırılması məsələsini də müzakirə etmişlər.
 
ƏRDOĞANDAN TRAMPA PKK/YPG MESAJI
 
Prezident Ərdoğan, ABŞ-ın PKK terror təşkilatının Suriya qoluna yardımlarının sona çatdırılması işindəki gözləntilərini də dilə gətirib.
Fransada keçirdikləri görüşdə müzakirə olunan məsələlərin təqibinin əhəmiyyətinə toxunan iki lider, ölkələri arasında əməkdaşlığın hər sahədə daha da inkişaf etdirilməsi məsələsində qətiyyətini təsdiq etmişlər.
Müxalifət.az