Ərdoğanla Tramp arasında telefon danışığı olub: Ağ Evdən açıqlama

Baxış sayı:
10090

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığına dair Ağ Evdən edilən açıqlamada, "İki prezident potensial bir təhlükəsiz zonanın yaradılmasına dair koordinasiyanın davam etməsi mövzusunda razılaşıb" deyə bildirilib
 
 Ağ Evdən Ərdoğan-Tramp görüşməsinə dair yazılı açıqlama verilib.
Açıqlamada, bu ifadələr yer alıb:
“İki lider ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayıb və Suriya məsələsi və (ABŞ-Türkiyə arasındakı) ticarət də daxil olmaqla, bir çox məsələləri müzakirə edib. İki prezident potensial bir təhlükəsiz zonanın yaradılmasına dair koordinasiyanın davam etməsi mövzusunda razılaşıb və Müdafiə (ABŞ) Nazirliyinin vəkili Patrik Şanahan ilə baş qərargah rəisi ordu generalı Cozef Dunfordın bu mövzularda əlavə görüşlər üçün bu həftə Vaşinqtonda Türk nümayəndə heyəti ilə bir araya gələcəklərini qeyd edib".
Prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan və Tramp arasında baş tutan telefon danışığında ikitərəfli məsələlər və Suriyada baş verən son hadisələr müzakirə olunaraq siyasi prosesin dəstəklənməsinin əhəmiyyəti vurğulanmış və terrorun hər növünə qarşı mübarizədə birgə qətiyyət vurğulanıb.
Telefon danışığında, Ərdoğan Türkiyənin strateji tərəfdaşı ilə yaxın əlaqələrini davam etdirmək arzusunu yenidən təsdiq edib.
İki lider ABŞ-ın Suriyadan çəkilmə qərarının müştərək maraqlara uyğun olaraq və ümumi məqsədlərinə zərər verməyəcək şəkildə həyata keçirilməsi məqamında razılaşıb.
Ərdoğan və Tramp ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və 75 milyard dollarlıq ticarət hədəfinə çatılması üçün razılaşıb.
Müxalifət.az