Ərdoğanla Əsəd görüşəcək? - Rusiyadan AÇIQLAMA

Baxış sayı:
666

Livanın “Əl Mayadin” televiziyası Türkiyə və Suriya rəhbərlərinin Rusiyanın vasitəçiliyi ilə Soçidə görüşəcəyini iddia edib.
Publika.az xəbər verir ki, Kreml bu iddianı cavabsız qoymayıb.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin görüşünə dair hazırlıq görülmədiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Suriya Məsələləri üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev Türkiyə və Suriya Müdafiə nazirlərinin, Kəşfiyyat Xidməti rəsilərinin və Xarici İşlər Nazirliklərinin nümayəndələri arasında görüşlər baş tutduğunu açıqlamışdı.