Ərdoğanla Putinin yaxınlığı Alman mediasını ÇILĞINA DÖNDƏRİB

Baxış sayı:
5380

Türkiyənin son illərdəki iqtisadi sıçrayışına bu gün son halqa Akkuyu Atom Elelektrik Stansiyasının təməlinin atılması əlavə olundu. Ancaq bu vəziyyət Almanları ciddi şəkildə narahat edib.
 
Almaniya, Türkiyənin bu həmlələrindən olduqca narahatdır. Alman nəşr orqanı “Deutsche Welle” həyata keçirilən layihələri gözdən salmaq üçün mənfi yöndə yazılar dərc etməyə başlayıb.
Digər tərəfdən, prezident Ərdoğan və Putinin yaxınlığı da Almanların gündəmindədir.
 
BU İKİ NƏFƏR HARADASA DOST OLDU
 
Ərdoğan ilə Putinin bu qədər yaxın olmasını təəccüblə qarşılayan Alman mediası, “Bu iki nəfər, demək olar ki, dost oldu. Mütəmadi olaraq telefonda danışırlar, birlikdə nüvə stansiyaları qururlar, bir-birilərindən silah satın alırlar və bu gündən etibarən sülh üçün fəaliyyətə başlayırlar. Rusiya və Türkiyə, Putin və Ərdoğan. Bu ikili Suriya sammitində sülh üçün fəaliyyətə başlayırlar" deyə, yazmaqla, bu yaxınlığı həzm edə bilmədiklərini ortaya qoyublar.
Müxalifət.az