​"Ərdoğanla Putinin hüzurunda elə bir müqavilə imzaladıq ki..." - Qriqori İvliyev

Baxış sayı:
3604

Türkiyənin Rusiyadan alacağı hər cür qabaqcıl texnologiya məhsullarının müəlliflik hüquqları qorunacaq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federal Mülkiyyət Xidmətinin rəhbəri Qriqori İvliyev çıxış edib.
Rusiya ilə Türkiyə arasında aparılan S-400 havadan müdafiə raket sistemi razılaşmasını dəyərləndirən İvliyev bu yeni rus sistemlərinin müəlliflik hüquqlarının qorunması məsələsinə toxunub:
"Son illərdə baş verən bütün siyasi çətinliklərə baxmayaraq, ötən il Rusiya ilə Türkiyə liderlərinin hüzurunda mülkiyyət hüquqlarının qorunması müqaviləsini imzaladıq. Bu mənada iki ölkə arasında bütün qabaqcıl texnologiya üçün hər cür müqavilənin bağlanması üçün heç bir maneə yoxdur. Bu, sivilizasiyalı əməkdaşlığın əlaqələndirici bir subyektidir".