Ərdoğanla Putin Qarabağ üçün görüşəcək - CİDDİ MÜZAKİRƏLƏR GÖZLƏNİLİR

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda görüşməyi və Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Putinlə görüşəcəyi haqda dediklərinə münasibət bildirərkən deyib.
Ərdoğan bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək.
“Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək”, - deyə Ərdoğan qeyd edib.