Ərdoğanla Putin arasında telefon danışığı – Nələr danışıldı..

Baxış sayı:
4177

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.
 
Prezident Sarayının Rabitə müdiri Fəxrəddin Altunun sosial media hesabından verdiyi açıqlamada bu məlumatlara yer verilib:
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə bu axşam bir telefon danışığı həyata keçirib. Görüşdə, ikitərəfli əlaqələrlə yanaşı, İdlibdə baş verən son proseslər müzakirə olunub.
 
ATEŞKƏS POZUNTULARI NARAHATLIQ VERİCİDİR
 
Prezidentimiz rejimin son iki həftədir İdlib Gərginliyi Azaltma Bölgəsinə yönəlik atəşkəs pozuntularının narahatlıq verici ölçülərə çatdığını, vətəndaşların, habelə məktəb və xəstəxanaların hədəf alınıb, viran edilməsinin terrorla mübarizəylə izahının mümkün olmadığını bildirmişdir.
 
REJİMİN MƏQSƏDİ İDLİBDƏ RUS-TÜRK ƏMƏKDAŞLIĞINI SABOTAJ ETMƏKDİR
 
Prezidentimiz rejimin məqsədinin İdlibdə Rus-Türk əməkdaşlığını sabotaj etmək və Astana ruhunu zədələmək olduğuna işarə etmiş, İdlibdə gərginliyin artmasının Konstitusiya Komitəsinin təsisi və siyasi prosesin müvəffəqiyyətsizliyə uğradılması riskini də bərabərində gətirdiyinə diqqət çəkmişdir.
 
SOÇİ RAZILIĞI
 
 Görüşdə, hər iki lider Soçi Anlaşmasına olan bağlılıqlarını təsdiq etmişlər. Cənab prezidentimiz bu günə qədər Soçi Niyyət Protokolunun həyata keçirilməsində önəmli məsafə qət edildiyini, buna müqabil baş verən hücumların ortaq hədəflərə zərər verə biləcəyini qeyd etmişdir.
Müxalifət.az