​Ərdoğanla Putin arasında tarixi razılaşma əldə edildi

Baxış sayı:
4813

Soçidə keçirilən zirvə görüşündə razılıq əldə olunub.
Tarixi zirvədə İdlibin silahlardan təmizlənməsi barədə qərar verilib.
Görüşdən sonra Putin və Ərdoğan mətbuat konfransı keçirib.
Putin bildirib ki, Rusiya İdlibdə təhlükəsizlik bölgəsini quran ölkələrdən biridir: "Bizim narahatlığımız İdlibdə savaşanların Hələb və Rusiya hərbi bazalarına təhlükəsinin olmasıdır. 15 oktyabrda silahlılar 15-20 kilometrə qədər geri çəkiləcək, bu ərazilər tərksilah bölgəsi olacaq. Cənab Ərdoğanın təklifi ilə bütün müxalif qrupların ağır silahları bölgədən çıxarılacaq. Regiona Türkiyə və Rusiya qoşunları birgə nəzarət edəcək".
Ərdoğan isə öz növbəsində deyib: "Dəyərli dostum ilə bu il 4-cü dəfə bir araya gəlmişik. Müxaliflər və rejimin nəzarətindəki ərazilər arasında təhlükəsizlik bölgəsinin yaradılması barədə razılaşdıq. Müxaliflər olduqları sahədə qalmağa davam edəcək. Rusiya və Türkiyə koordinasiyalı şəkildə patrul fəaliyyəti göstərəcək.
Radikal qruplar sözügedən ərazidə fəaliyyət göstərməyəcək".