​Ərdoğanla Poroşenko arasında gözlənilməz görüş

Baxış sayı:
2005

Ukrayna prezidenti Petro Poroşenko İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
"Report" xəbər verir ki, danışıqlar zamanı Türkiyə tərəfi Donbasda BMT missiyasında iştirak etməyə hazır olduğunu ifadə edib.
"Türkiyə Donbasın işğal olunmuş hissəsində BMT-nin sülhməramlı missiyasının yaradılmasını dəstəkləyib və ona qoşulmağa hazır olduğunu bəyan edib", - Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər.
Bununla yanaşı, P.Poroşenkonun administrasiyasından vurğulayıblar ki, Ukrayna prezidenti Donbasdakı vəziyyət barədə Türkiyə tərəfinə məlumat verib.
Tərəflər həmçinin ölkələr arasında Yüksək Səviyyəli Strateji Şuranın yeddinci iclasına hazırlıqları müzakirə ediblər.