Ərdoğanla Peskov arasında hər kəsi güldürən söhbət - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı Kremlin sözçüsü Dmitri Peskovla aralarındakı zarafat ətrafdakı hər kəsi güldürüb.
Muxalifət.az xəbər veriri ki, Rusiyanın dövlət kanalının müxbiri Pavel Zarubin Türkiyə lideri ilə Rusiya prezidenti Vladimir Putinin görüşündə baş verən bu maraqlı anı lentə alıb.
Görüş zamanı Ərdoğan Peskova “Peskov, how are you?" (Peskov, necəsiz?) deyə səslənib. Türk dilini yaxşı bilən Peskovsa cavabında türkcə “Xoş gəldiniz” deyə qarşılıq verib.
Onun bu cümləsindən xoşlanan Türkiyə lideri gülərək zarafatla Peskova türkcə cavab verib: “Doğrudan, mən niyə sənə “necəsən, yaxşısanmı” deyə soruşmuram axı” deyib.
Zarubin videoda Peskovun terk dilini gözəl bildiyini və Ərdoğanın da bundan xəbərdar olduğunu vurğuylayıb.