Ərdoğanla Netanyahunun söz ATIŞMASI...

Baxış sayı:
5188

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünən verdiyi açıqlamada "1947-ci ildən etibarən onsuz da Fələstin həmişə işğala məruz qalmışdır. İsrail bir işğalçı dövlətdir, İsrail bir terror dövlətidir" deyib.
 
İsrailin 14 yaşında bir uşağı gözləri bağlı şəkildə nəzarətə götürməsinə reaksiya verən Ərdoğan, "14 yaşlı uşağı 20-yə yaxın İsrailli alçaq terrorçu nə hala gətiriblər. Bu nə vicdansızlıqdır, bu nə fahişəlikdir. Müsəlman sifəti olub, hələ də zalımların yanında yer alanların olması da bizi çox incidir. Biz doğrunun, yaxşının rizasına uyğun olanın arxasınca gedəcəyik" deyə danışmışdı.
 İsrailin baş naziri Benyamin Netanyahu isə Fransa prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında gərginliyi artıracaq bəyanatlar vermiş, fələstinliləri Qüdsü İsrailin paytaxtı kimi qəbul etməyə çağırdı.
Netanyahu, "Fələstinlilər nə qədər tez Qüdsü İsrailin paytaxtı olaraq tanısa, sülh o qədər tez gələr" - deyib.
Netanyahu, prezident Ərdoğanı hədəf alaraq "Öz ölkəsində Kürd kəndlərini bombalayan, jurnalistləri həbsə atan, İranın beynəlxalq sanksiyaların ətrafından keçməsinə yardım edən, Qəzza, o cümlədən günahsız insanları öldürən terrorçulara dəstək verən bir liderdən əxlaq dərsi almağa öyrəşmiş deyiləm" deyə, söyləyib.
Müxalifət.az