​Ərdoğanla mühüm görüş - İBADİ ANKARADA

İraqın baş naziri Heydər əl-İbadi Türkiyəyə səfər edib.
İbadi Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Hazırda görüş davam edir. Görüşdə Şimali İraq Kürd Muxtariyyətinə qarşı embarqolar, Kərkük və PKK terror təşkilatı ilə mübarizə məsələlərinin müzakirə ediləcəyi deyilir. Bununla yanaşı, Ərdoğanla İbadi Mosulda son vəziyyəti də müzakirə edəcək, həmçinin, iki ölkə arasında iqtisadi müqavilələr imzalanacaq.