Ərdoğanla Merkel Liviya məsələsini müzakirə etdi

Baxış sayı:
3228

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti ilə Almaniya kansleri Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.

“Bizim prezident Angela Merkellə telefonla danışıb. Danışıqların gedişatında tərəflər regional məsələləri, xüsusən Liviyada yaranan vəziyyəti müzakirə ediblər”, - deyə xəbərdə bildirilir./Report