Ərdoğanla görüşmək üçün görün nə etdi? – Azərbaycanlı gəncdən maraqlı addım - Video

Baxış sayı:
25147

Azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün velosipedlə yola çıxıb. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zaqatala şəhərində yaşayan İzəddin Abdullayev uzun illərdən sonra öz xəyalını həyata keçirmək üçün velosipedlə Ankaraya gedir. Təxminən 17 gündə 1600 km qət edərək Ankaraya getməyi planlaşdıran İzəddinin ən böyük arzusu prezident Ərdoğanla görüşməkdir. Həmyerlimiz yolun uzunluğunun onu qorxutmadığını bildirib: "Rəcəb Tayyib Ərdoğanı çox sevirəm. Bu mənim uzun illərdən bəri olan xəyalımdır. 1600 km yolu 16-17 günə qət etməyi düşünürəm. İnşaallah, Ərdoğanla görüşərəm. Mənim kimi Ərdoğanı sevən və tanış olmaq istəyən yüzlərlə, minlərlə azərbaycanlı gənc var. Bütün bu cavan insanların adına oraya gedirəm. Xəyalımın arxasınca getdiyim üçün çox şadam. 1600 km yolu türkləri və Türkiyə prezidentini sevməsəydim getməzdim. Mənim qəlbimdə Ərdoğanın yeri çox böyükdür. İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar".