​Ərdoğanla görüşdü: İstefa verəcək

Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək istefa verəcək.

Muxalifet.az xəbər verir ki, Gökçək Ərdoğanla görüşdən sonra bu barədə qərar verib. Məsələ ilə bağlı Ərdoğan Tvitter səhifəsində də məlumat yayıb.
"Bizlər bu yola kreslo, vəzifə sevdası ilə deyil, xidmət sevdası ilə çıxdıq. Mən gənclərə güvənirəm, gənclərin sahib olduğu imkanların haqqını verəcəklərinə qəlbən inanıram", - Ərdoğan Tvitter hesabında bildirib.
Məlih Gökçək də 28 oktyabrda istefa verəcəyini bəyan edib.
Xatırladaq ki, M.Gökçək 1994-cü ildən bəri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışır.