​Ərdoğanın təyyarəsi hava limanına enə bilmədi

Baxış sayı:
3451

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə əlverişsiz hava şərtləri ilə əlaqədar Ordu-Giresun hava limanına enə bilməyib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təyyarənin ekipajının bir neçə dəfə etdiyi cəhdlər uğursuz alınıb.
Təyyarə Samsuna dönərək Samsun hava limanına enib. Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nazirlər helikopterlə Orduya uçublar.