Ərdoğanın təklifini qəbul etməyən Türk futbolçu "Yuventus"da

Baxış sayı:
6490

“Liverpul”da çıxış edən türk əsilli futbolçu Emre Can İtaliyanın “Yuventus” klubu ilə razılaşıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, mövsümün sonunda İngiltərə təmsilçisi ilə müqavilə müddəti başa çatacaq futbolçunun İtaliya nəhəngi ilə 5 illik razılaşdığı bildirilib.
“The Sun” nəşrinin xəbərinə görə, “Liverpul” – “Real Madrid” matçından sonra Emrenin transferi rəsmi şəkildə baş tutacaq.
“Yuventus” yeni futbolçusuna həftəlik 85 000 avro vəd edib. Transfer gerçəkləşsə, Emre Can “Yuventus”da Hiquan və Dibaladan sonra ən çox maaş alan futbolçu olacaq.
Qeyd edək ki, bir neçə gün öncə alman mətbuatı Emre Canın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüş dəvətini qəbul etmədiyini yazmışdı.