Ərdoğanın telefonda Trampdan sorduğu SUALA NƏ CAVAB VERİB?

Baxış sayı:
3919

Türkiyə prezidenti Ərdoğan, ABŞ prezidenti Tramp ilə apardığı ikinci telefon danışığında ona "Çəkilirik” açıqlamasının detallarını soruşduqda, ABŞ prezidenti , “Oradakı missiyamızın sonuna gəldik" deyib.
 
Prezident Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında son iki həftədə iki telefon danışığı baş tutub. 30 martda baş tutan son telefon danışığı, planlaşdırılan bir telefon danışığı deyildi. Prezident Ərdoğanın Suriya və Qəzzadakı hadisələrdən sonra tələb etdiyi telefon danışığının Ankara üçün ən kritik qismi danışıqdan bir gün əvvəl sürpriz bir şəkildə ölkəsinin Suriyadan çəkilməyə hazırlaşdığını elan edən Trampın bu barədə dedikləri olub.
Verilən məlumata görə, prezident Ərdoğan Trampdan "Suriyadan çəkilirik" açıqlamasının detallarını soruşduqda, ABŞ prezidenti, "Orada missiyamızın sonuna gəldik" – deyə, cavab verib. Ancaq Tramp, ABŞ-ın dərhal sabah Suriyadan çıxmayacağını da əlavə edib. Tramp çəkilməklə bağlı digər detalları haqda məlumat verməyib.
 
ƏLAVƏ ƏSGƏR GÖNDƏRİLƏCƏKMİ?
 
Trampın Suriya açıqlaması təkcə Ankarada qeyri müəyyənlik yaratmayıb. Bu açıqlama ilə ən böyük təəccüb edən Trampın öz təhlükəsizlik bürokratiyası olub. Belə ki, Tramp keçən həftə Ohayoda tərəfdarları ilə görüşdə çıxış edərkən dediyi "Suriyadan çəkilirik" açıqlaması ərəfəsində generalların Suriyanın şimalına əlavə Amerika hərbçilərinin göndərilməsinə yönəlik planları Ağ Evin təsdiqinə təqdim etməyə hazırlaşdığı bildirilir. Suriyadakı Amerikan əsgərinin sayı, ictimaiyyətə açıqlandığı kimi, 2000 civarındadır.
Mövqelərin möhkəmlənməsi ilə bağlı güc planlarının nə qədər sayda yeni əsgər üzərindən edildiyi aydın deyil. Suriyadakı Amerika əsgərləri terror təşkilatı PKK-nın davamı YPG-nin içində yer aldığı Suriya Demokratik Güclərinin təlimi, istiqamətləndirilməsi və koordinasiyasını təmin edir. Həftə sonunda CNN televiziyası dünən üçün Trampın milli təhlükəsizlik komandasının Ağ Evdə Suriyada İŞİD əleyhinə mübarizə üçün toplanacağını bildirmişdi. Ancaq dünən üçün açıqlanan proqramda toplantı haqda məlumat verilməyib.
 
MATTIS SURİYADAN ÇƏKİLMƏYİN TƏRƏFDARI DEYİL
 
ABŞ Suriyadan çəkliməsini istəməyənlərin başında Trampın vəzifədən aldığı dövlət katibi Reks Tillerson gəlirdi. Tillerson yanvar ayında Stanford Universitetindəki çıxışında ölkəsinin İraqdan erkən çıxaraq etdiyi səhvi Suriyada təkrar etməyəcəyini bildirmişdi. Tillerson, buna ən böyük səbəb kimi isə İranın Suriyadakı fəaliyyətini göstərmişdi. ABŞ-ın Suriya tənliyindən çıxmasına etiraz edən şəxslərdən biri də müdafiə naziri Cim Mattisdir. Yeni dövlət katibi Mayk Pompeo və Milli Təhlükəsizlik müşaviri Con Boltonun əsgərlərin Suriyadan çıxmasının tərəfdarı plmadıqları kontekstində Trampın bu istəyini necə yerinə yetirə biləcəyi maraq doğurur. Pompeo və Bolton bu günə qədər Yaxın Şərqdə şahin siyasətləri müdafiə edən şəxslərdir. Digər tərəfdən, Boltonun PKK-nın Suriya qolu YPG-nin İŞİD-lə mübarizəsinə necə təriflər yağdırdığı və Kürdlərin müstəqilliyinə dəstək verən çox sayda açıqlaması da yaddan çıxmayıb. Bolton və Pompeonun Suriyadan çəkilmə məsələsində müdafiə naziri Mattis və generallarınınmi, yoxsa Trampın yanında yer alacağı maraq mövzusudur.
Müxalifət.az