Ərdoğanın Tehrana aparacağı dosyesindəki detal! Gözlər İdlibdəykən, PKK...

Baxış sayı:
5542

Tehranda sabah Türkiyə, Rusiya və İranın iştirakı ilə baş tutacaq üçlü zirvəyə Ankara əhatəli bir Suriya dosyesi ilə gedir. Prezident Ərdoğan, gözlər İdlibə çevrilmiş ikən, terror təşkilatı PYD-nin, Suriya torpaqlarının 26 faizini təşkil edən bir bölgədə neft nöqtələrinə yerləşdiyinə diqqət çəkəcək.
 
Hər şeydən əvvəl Ankara, Tehran Sammiti öncəsi Rusiyanın İdlibə qarşı hava əməliyyatlarından narahat olduğunu digər zaminlərə çatdıracaq.
 
Ərdoğan, Suriya içində bir digər önəmli məsələyə də diqqət çəkəcək. Ərdoğanın işarə edəcəyi nöqtə Fəratın şərqi ilə bağlı olacaq. İdlibin Suriyadakı digər yerlərə bənzəməyəcəyini ifadə edən Ərdoğan, İdlib müzakirə edilərkən, bunu fürsət bilən terror təşkilatı PYD-nin Fəratın şərqindəki neft nöqtələrinə yerləşməsini xatırladacaq. Ankaranın həm öz, həm də yerli mənbələrdən aldığı kəşfiyyat məlumatlarına görə, PYD, ABŞ-ın da dəstəyini alaraq Fəratın şərqindəki neft nöqtələrinə yaxşıca yerləşməyə başlayıb. İdlib vilayəti, Suriyanın 3 faizini təşkil edərkən, PYD-nin məskunlaşmağa başladığı Fəratın şərqi Suriyanın təxminən 26 faizini  təşkil edir. Ankara buna görə də tərəfdaşlarına, "Suriyanın ərazi bütövlüyünü əsas təhdid edən PYD-dir. Bu səbəblə PYD-yə köklənməkdə fayda var" mesajını verəcək.
 
“İDLİBİ SÜLH YOLU İLƏ HƏLL EDİN” MESAJI
 
Ankaranın İdlib probleminə həll təklifi isə bu mərhələdə Astanada alınmış “gərginliyi azaltma bölgəsi” qərarının qorunmasıdır. Proses ərzində bölgədə olan 2500-3000 radikal ünsürün təmizlənərək həllin əldə olunacağını düşünən Ankara, Türkiyənin bölgədə yerləşən 12 müşahidə nöqtəsindən daha artığını istəmədiyini də tərəfdaşlarına çatdıracaq. Türkiyə, Rusiyanın Suriyadakı Hmeymim Bazasına dair narahatlıqlarını aradan qaldırmaq üçün müxalif ünsürlər üzərindəki təsirini istifadə etməyə hazır olduğu mesajını da hər dəfə dilə gətirir. Türkiyənin İdlibdəki varlığının "işğalçı qüvvə” olaraq tanınmayacağını bildirərkən, Türk təhlükəsizlik qüvvələrinin varlığı, ərazi və sərhəd təhlükəsizliyinə qarşı terror təhlükəsinə bağlanır. Ərdoğan, İdlib probleminin bütün dünyanı təhdid edəcək bir vəziyyətə çevrilmədən sülhlə həll edilməsi lazım olduğu mesajını verəcək.

Müxalifət.az