Ərdoğanın Səudiyyə Ərəbistanına “Qaşıqçı” qəzəbi!

Baxış sayı:
3940

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən G-20 Zirvəsində mətbuat nümayəndələrinə Səudiyyə Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı haqqında mühüm açıqlamalar verib.
 
Ərdoğanın açıqlaması:
 
İNSANLARI AXMAQ ZƏNN EDİRLƏR
 
“Biz, doğru olanı etməyi əsas götürmüşük. Ədaləti əsas almağın, ədalətli olmağın ən doğru davranış olacağını düşünürük. Bu çərçivədə üzərimizə düşən nə isə onu etməkdə qərarlıyıq. Biz müşahidələrimizi edərkən onu düşünürük: Əvvəl Haqq, sonra xalq nə deyər? Biz buna baxacağıq. Biz Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətləri bu cinayətə görə pozmamağa da çalışdıq və buna davam edirik. Bu ikisi fərqli şeylərdir. Biz, qətl əmrini verənin kimliyi də daxil, hadisənin bütün ölçüləri ilə işıqlandırılmasını istəyirik.
Qaşıqçı cinayəti məsələsində bizim üzərində israrla dayandığımız məsələ budur. Səudiyyə yüksək rəhbərliyinə “Qaşıqçı-nın cəsədi haradadır”, deyə soruşuruq. Bunu sizin 20 nəfərlik qrupunuz bilir. Burada heç sağa sola əyməyin. Xarici işlər nazirləri bəyanat verib. Nə dedi? Yerli işbirlikçi dedi. Bu işbirlikçi kimdir? Burada “yerli iş birlikçi ilə çalışmışıq”, deyirsinizsə, o zaman bunu açıqlayacaqsınız. Bunu da bilirsiniz. “Bilmirik” demələri inandırıcı deyil. Digər bir məsələ də xüsusilə Qaşıqçı-nın cəsədindən qurtulmaq üçün bu ölüm dəstəsinə kömək etdiyi iddia edilən yerli iş birlikçi Türkmü, yoxsa başqa birisimi? Bizim hüquq-mühafizə əməkdaşları Yalovaya getdi, gəldi. Hazırda bir nəticə vermədiyi deyilir, amma bəlkə də oradan bir şey çıxacaq və ya daha fərqli yerlərdən bir şey çıxacaq. Bu məlumatı bu 22 nəfərin içində hər kəs bilir. Çünki başına keçirilən torba və başa keçirildikdən sonra Qaşıqçı-nın çəkdiyi o andakı əzabı, bunları onsuz da özləri bilir. Hamısına bunları dinlətdik. Sizə daha əvvəl də söylədim. Səsyazmasına qulaq asdıqdan sonra " Bunlar heroin almış olmalıdır" dedilər. Xatırlayın, Qaşıqçı işlərini bitirdikdən sonra konsulluqdan ayrılıb, demişdilər ilk çıxışlarında. Bu adam adi bir adam deyil ki, çöldə nişanlısı gözləyir və nişanlısını almadan ayrılıb gedir. Belə bir şey ola bilərmi? Kimə nə söyləyirsiniz? İnsanları kütbeyin, axmaq zənn edirlər. İctimaiyyəti aldadacaqlarını zənn etdilər. Nə oldu? Aradan bir-iki gün keçdi, fərqli açıqlamalar verməyə başladılar. Mənə heyətlər göndərdilər, bu heyətlərə bunları izah etdik, hamısı şok oldu. Ən sonunda mənə şəxsən özü telefonda "Bəs mən baş prokuroru göndərə bilərəmmi" dedi. Göndər dedik. Baş prokuror  bizim baş prokurorla görüşüb, amma ona hər hansı bir sənəd, məlumat verməyib. Bizim baş prokurorumuz onlara lazım olan məlumat və sənədləri verib. O da buradan qayıdarkən 5 sandıq quru yemiş qurusu alıb və geriyə dönüb. Bu cür hadisələri yaşamışıq. “Vaşinqton Post”-un köşə yazarını öldürmək məqsədilə Səudiyyə kəşfiyyatının əməkdaşlarına Türkiyəyə getmək göstərişini kim verib - deyə soruşulur. Bu vacib bir sualdır. Bu barədə yəqin ki, qorxurlar, çəkinirlər. Bu işlərlə məşğul olanlar bunu yaxşı bilirlər. Biz  bu prosesi bundan sonra da təqib etməyə davam edəcəyik. Lazım gələrsə, bu işi beynəlxalq məhkəməni ayağa qaldırmaq üçün Birləşmiş Millətlər Təşkilatını da dövrəyə soxaraq bu işin davamçısı olduğumuzu da xüsusilə gündəmə gətirəcəyik.”
Müxalifət.az