Ərdoğanın sözlərindən sonra ABŞ-dan Türkiyəyə yeni S-400 təhdidi

Baxış sayı:
5044

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan S-400-lərin təhvil verilməsi ilə bağlı "Səfər hazırlığı, yükləmə işləri davam edir. Hara yerləşdiriləcəyini Müdafiə Nazirliyi və Baş Qərargahımız planlaşdırır" açıqlamasından sonra ABŞ-lı bir səlahiyyətlidən açıqlama verilib.
 
CNBC-ə açıqlama verən bir ABŞ-lı səlahiyyətli Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi satın alması ilə bağlı təhdid ehtiva edən sözlər deyib.
CNBC kanalına danışan bir ABŞ Xarici İşlər Nazirliyi rəsmisi "S-400 təhvili tamamlansa, Türkiyənin çox gerçək və mənfi nəticələrlə qarşılaşacağını vurğulayırıq" deyib.
Adı açıqlanmayan səlahiyyətli "NATO ölkələrinin NATO sistemləriylə birlikdə işləyə biləcək hərbi təhcizat tədarük görməsi lazımdır. Bir Rus sistemi bu standarta uyğun gəlməyəcək" deyib.
Bununla yanaşı, səlahiyyətli NATO müttəfiqləri və ABŞ-ın Türkiyəyə digər raket sistemlərini təklif etdiyini dilə gətirib.
CNBC Pentaqon və Ağ Evin mövzu ilə bağlı açıqlama tələbinə cavab vermədiyini ifadə edib.
Müxalifət.az