Ərdoğanın sözləri Yunanıstanı qorxutdu

Baxış sayı:
5365

Yunanıstanda Fateh gəmisinin qazma fəaliyyətləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi ilə əlaqədar açıqlamaları Afinada əndişəyə səbəb olub.
 
Yunanıstanın baş naziri Aleksis Çipras Yunan Təhlükəsizlik Şurasını toplayıb. Yığıncağa Müdafiə naziri Evagelos Apostolakis, Xarici İşlər naziri Yorgos Katrungalos, Baş Qərargah rəisi Hristos Hristodulu və digər səlahiyyətli nazirlər qatılıb. Yığıncaqdan sonra Çipras Yunan Kiprinin lideri Nikos Anastasiadis ilə telefon danışığı aparıb. Çipras mətbuata etdiyi açıqlamada, "Türkiyənin Kiprdə təhrik edici addımlarını araşdırmaq üçün toplandıq" deyib.
 
QALMAQAL TƏLƏB!
 
Çipras Yunanların təhlükəsizlikdə olduğunu vurğulayaraq "Hörmətli Anastasiadis ilə yaxın günlərdəki Avropa Birliyi liderlər zirvəsi mövzusunda hazırlıqlar və Türkiyə mövzusunda alınması lazım olan qərarlar və əgər qazma etdi isə Türkiyə əleyhində sanksiyaların tətbiq olunması ehtimalını da danışdıq. Kipr və Yunanıstanın suverenlik haqlarını pozulmasının nəticələri olacaq" deyə söyləyib.
Müxalifət.az