Ərdoğanın sözçüsündən kritik “Tel Rifat” AÇIQLAMASI

Baxış sayı:
5269

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın gündəmə dair önəmli açıqlamalar verib. Qalın, Tel Rifatda birgə əməliyyata dair də həlledici dəyərləndirmə edib.
 
İbrahim Qalının birdirdiyinə görə, Ruslar YPG/PYD terrorçularının Tel Rifatda qalmadığını iddia edirlər: “Biz bunları yoxlayacağıq. Təhlükəsizlik və asayiş tədbirlərini əldən verməyəcəyik. Eyni şey Tel Rifat üçün də keçərlidir. Bu barədə Rus həmkarlarımızla görüşməyə davam edirik. Yaxın günlərdə orada da bir sıra hərəkətlər ola bilər.
Münbiçlə bağlı danışdığımız baş planın artıq həyata keçirilməsi istiqamətində işlər görülür. Amerika rəhbərliyindən ziddiyyətli açıqlamalar gəlir. PYD/YPG-yə 200 milyon dollarlıq yardım dayandırıldı. Digər tərəfdən “PKK/YPG-nin əsas tərəfdaşımız olmağa davam edəcək” - deyə açıqlamalar gəlir. Amerikanın bir qərar verməsi lazımdır. Suriyada İŞİD ilə mübarizə bitdimi, bitmədimi? Bizim mövqeyimiz son dərəcə açıqdır. Biz İŞİD-la mübarizədə ən ön cərgələrdə yerləşmiş bir ölkəyik. Bizim mövqeyimiz son dərəcə dəqiqdir. PYD/YPG-ni görməzdən gəlmək zəiflikdir. Münbiçlə bağlı gözləntimiz Suriyadakı məqsədlərimizlə uyğun olmalıdır”.
Müxalifət.az