Ərdoğanın Soçidə qəbul etdirdiyi plan: Bundan sonra nə olacaq?

Baxış sayı:
4939

Mülki həssaslığını ön plana çıxaran prezident Ərdoğan və Türkiyə, dünən Soçidə Rusiya prezidenti Vladimir Putin ilə İdlibin vurulmaması və silahlardan təmizlənmiş bölgə yaradılması ilə bağlı razılaşdı. Haber7.Com-un müəllifi Taha Dağlı, prezidentr Ərdoğanın qəbul etdirdiyi bu planının detallarını yazıb.
 
Taha Dağlı / Haber7.Com
 
Soçidə sammitində Türkiyə ilə Rusiya arasında imzalanan müqavilə İdlibdə silahlardan təmizlənmiş xətlərin qurulmasını ön görür.
Müqaviləyə görə, İdlibin ətrafında 15-20 kilometrlik təmas xətləri yaradılacaq və bu bölgələrdə silah yerləşdirilməyəcək.
 

Xəritədəki yaşıl sahə İdlib.
 
Şimalı Türkiyə sərhədi və Afrin olan İdlib, Suriyanın cənubuna doğru bir üçbucaq şəklində uzanır.
İdlibin şərqində Hələb, qərbində isə Lazkiyə var.
Bu iki vilayət də rejimin əlindədir.
Əsəd rejimi İdlibə qarşı qanlı əməliyyatı Lazkiyə və Hələb üzərindən həyata keçirəcəkdi.
Türkiyənin diplomatik səyi nəticəsində qırğın əməliyyatı rəfə qaldırıldı.
 İndi o bölgələrdə silahlardan təmizlənmiş xətləri qurulur.
Xətlərin eni 15 ilə 20 kilometr arasında dəyişir.
Biri İdlibin Lazkiyə sərhədi boyunca cənuba qədər enir.
Digəri isə Hələb sərhədindən aşağı enərək Lazkiye sərhədi ilə kəsişir.
Bu rayonların bəzi nöqtələrində 15, bəzilərində isə 20 kilometr enində silahsız xətt yaradılacaq.
Xətlər, Lazkiyə və Hələbdən, yəni rejim nəzarətindəki iki şəhərdən, müxaliflərlə mülki əhalinin yaşadığı İdlibə yarı yarıya dərinlikdə olacaq. Yəni 20 kilometr uzunluğundakı regionlarda 10 kilometr Lazkiyə və ya Hələbdən, 10 kilometr də İdlibdən içəri soxularaq, dəhlizlər yaradılacaq.
Rejim qüvvələri və müxaliflər bu dəhlizlərə girməyəcək və bu bölgələrdə ağır silah almayacaqlar.
Bu bölgələrin nəzarəti Türk əsgərləri və Rus əsgərlərinin keşikçiləri ilə təmin olunacaq.
Müqavilə 15 oktyabrdan etibarən meydançada tətbiq olunacaq.
 Bunun sayəsində rejim güclərinin Lazkiyə və ya Hələb üzərindən İdlibə girmələrini qarşısı alınmış olacaq.
Həmçinin İdlibdəki terror amillərinin da bu xətti keçib, qarşı tərəfdə aksiya keçirmə ehtimalları da aradan qaldırılacaq.
 
TÜRK ƏSGƏRLƏRİNİN MÜŞAHİDƏ NÖQTƏLƏRİ DƏ BU DƏHLİZDƏ
 
İdlib ətrafında 15-20 kilometr enində yaradılacaq olan etibarlı xətlərdə diqqət çəkən bir detal da var.
2017-nin oktyabrından etibarən İdlibdə olan Türk əsgərlərinin müşahidə nöqtələri də tam bu xəttə yayılmış vəziyyətdədir.
12 müşahidə nöqtəsindən 9-u, qurulacaq olan silahlardan təmizlənmiş dəhliz üzərində yer alır.
Bunlardan 4-ü İdlibin Lazkiyə sərhədində, 5-i isə Hələb sərhədi boyunca yerləşir.
Hazırladı: Müxalifət.az