Ərdoğanın əsgərlik yoldaşı olan bələdiyyə sədri istefa verdi

Türkiyənin Bursa Böyükşəhər Bələdiyyə sədri Rəcəb Altəpə istefa verib.
Muxalifet.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün problemlərə son qoymaq üçün istefa edib.
“Bütün şübhə yaradacaq işlərdən çəkindik. Rüşvətdən uzaq olduq və heç kimə imkan yaratmadıq ki, vəzifəsindən sui-istifadə etsin. Mən vicdanla bələdiyyə sədri kimi xidmət etmişəm”, - deyə R.Altəpə  bildirib.
Qeyd edək ki, R.Altəpə Türkiyə prezidenti Ərdoğana yaxın insanlardan biridir. Hətta onun əsgərlik yoldaşı olduğu bildirilir. Onun Ərdoğanla 28 il eyni siyasətdə olduğu və dostluq etdiyi də vurğulanıb.