Ərdoğanın S-500 açıqlamasına Rusiyadan cavab

Baxış sayı:
11161

Şübhəsiz ki, Türkiyə və Rusiya arasında hərbi-texniki əməkdaşlıq müəyyən razılaşmalar çərçivəsində həyata keçirilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Yuri Şvitkin deyib.
O bildirib ki, əməkdaşlıq qarşılıqlı mənfəətlərə söykənir:
“ABŞ hərbi-texniki sahədə hər cür rəqabət aparır. Lakin S-400, eləcə də gələcəkdə bazara çıxarılacaq S-500 ABŞ-dakı analoqlarından çox üstündür”.
Şvitkin həmçinin qeyd edib ki, Türkiyəyə yerləşdiriləcək S-400 tamamilə müdafiə məqsədlidir və heç kimi hədəf almır.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan S-400 prosesinin tamamən yolunda olduğunu bildirmiş, gələcəkdə S-500-lərində birgə istehsalını istisna etməmişdi.