Ərdoğanın “Qaşıqçı” açıqlamasına ilk dəstək İngiltərədən gəldi

Baxış sayı:
4225

Ərdoğanın Qaşıqçı cinayətinin planlı olduğuna dair açıqlamasına ilk dəstək Böyük Britaniyadan gəldi. İngiltərənin baş naziri Mey, Ərdoğanın Səudiyyə rəhbərliyinin açıqlamalarından sonra hələ də cavablandırılmayan sualların qeyd etdiyini söyləyib.
 
Baş nazir Mey, sözçüsü vasitəsilə yaydığı mesajda, "Ərdoğanın açıqlamalarının, Qaşıqçı məsələsində hələ də sual işarələri olduğu həqiqətininqeyd etdiyini" bildirib.
İngiltərənin baş naziri, bu suallara yalnız Səudiyyənin cavab verəcəyi fikrini bölüşüb.
 
XARİCİ İŞLƏR NAZİRİNDƏN DƏ AÇIQLAMA GƏLDİ
 
İngiltərənin xarici işlər naziri Ceremi Hunt da, "Ərdoğanın Qaşıqçı cinayəti üçün əvvəlcədən planlaşdırılmış deməsi son dərəcə narahat etdi. Dünya hələ də cavabları gözləyir" deyib.
 
ƏRDOĞAN NƏ DEMİŞDİ?
 
Qeyd edək ki, AK Partiyanın qrup toplantısında Camal Qaşıqçı cinayətilə bağlı detalları bölüşən və "cavablandırılması vacib olan suallar var" deyən Ərdoğan, "Kim bu yerli işbirlikçi" deyə sormuşdu. Ərdoğan, Səudiyyə Ərəbistanına müraciət edərək 18 məhbusun İstanbulda mühakimə olunmasını istəmişdi.
Müxalifət.az