​Ərdoğanın Putinlə görüşəcəyi tarix dəqiqləşdi — RƏSMİ AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya gedəcəyi gün məlum olub.
Muxalifet.az əbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən “RİA Novosti” saytının əməkdaşına bildirilib. Verilən məlumata görə, Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.
“Cənab prezident R.T.Ərdoğan noyabrın 13-də Soçiyə səfər edəcək. Səfər zamanı Ərdoğan Putinlə görüşəcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, R.T.Ərdoğan sonuncu dəfə Rusiyaya bu ilin mayın 3-də səfər edib. Görüş zamanı iki lider əsasən terrorla mübarizə və mövcud problmelərdən danışıblar.
Xatırladaq ki, Ərdoğan Bakıda olarkən, jurnalistlərə verdiyi açıqlamada Putinlə görüşərkən Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparacaqlarını bildirmişdi.