Ərdoğanın örnək göstərdiyi qız İmamoğlunu dəstəklədi - Bıçaqlandı

Baxış sayı:
9169

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xərçəngə qalib gəldiyinə görə örnək göstərdiyi Göknur Damat bıçaqlanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb Göknurun Əkrəm imamoğlunu dəstəkləməsi olub.

"Hər şey çox gözəl olacaq" deyərək İmamoğlunun kampaniyasına 20 TL yardım edən gənc qız sosial şəbəkədə linç edilib.

Bundan sonra kimliyi məlum olmayan bir şəxs onu qarnından bıçaqlayıb.

Polis yüngül xəsarət alan Damata hücum edən şəxsin axtarışlarına başlayıb. Polis mərkəzində ifadə verən Göknurun sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

Hadisəni eşidən İmamoğlu bu gün saat 11:00-da gənc qızı ziyarət edib.

Ərdoğanın örnək göstərdiyi qız İmamoğlunu dəstəklədi - Bıçaqlandı

Ərdoğanın örnək göstərdiyi qız İmamoğlunu dəstəklədi - Bıçaqlandı