Ərdoğanın konvoyunda qəza!

Baxış sayı:
12634

Türkiyədə Artvinin Borçka rayonunda prezident Rəcəb Tayyib Ərdoğanın konvoyunu müşayiət edən xüsusi təyinatlı polisləri daşıyan mikroavtobus qayıdış yolunda TIR-la toqquşub. Qəzada 5 polis məmuru yaralanıb
 
Qəza saat 22.00 radələrində Xilasetmə Tunelinin çıxışında baş verib. Artvindəki təşkil olunan mitinqdən sonra avtomobil yolu ilə Arhavi rayonuna keçən prezident Ərdoğanın konvoyunda vəzifəli xüsusi təyinatlı polisləri daşıyan 08 DH 542 nömrəli mikroavtobus qayıdış yolunda qarşı tərəfdən gələn və sürücüsü məlum olmayan 06 HD 0117 nömrəli yük avtomobili ilə toqquşub.
“DHA”-nın xəbərinə görə, qəzada 5 polis məmuru yaralanıb.Hadisə yerinə tibb briqadaları sövq edilib. Təcili tibbi yardım əməkdaşlarının müdaxiləsindən yaralılar Hopa Dövlət Xəstəxanasına götürülərək müalicəyə alınıb.
Polis məmurlarının sağlıq durumunun yaxşı olduğu bildirilib.
Müxalifət.az