Ərdoğanın keçmiş naziri AKP-dən istefa verdi - YAZILI AÇIQLAMA YAYDI Kİ...

Baxış sayı:
507

Türkiyənin tanınmış siyasətçisi, keçmiş xarici işlər və iqtisadiyyat naziri Əli Babacan Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.

Muxalifet.az bildirir ki, o bu barədə yazılı açıqlama yayıb.

“Türkiyənin yeni gələcək vizyona ehtiyacı var. Ölkəmiz üçün hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar lazımdır.

Türkiyənin bu günü və gələcəyi üçün yeni çalışma başlatmaq qaçılmaz hala gəlib. Mən və bir çox dostlarım belə bir çalışma üçün böyük və tarixi məsuliyyət hiss etməkdəyik. Bu zaman ərzində eyni əxlaqi və ictimai məsuliyyəti hiss edən çox sayda insanla tanış olmaq bizim üçün çox sevindirici idi”, - deyə o bildirib.

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. AKP-nin əsas yaradıcılarından biri sayılır. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.

Onu da qeyd edək ki, bir müddət əvvəl mətbuatda Əli Babacanın eks-prezident Abdulla Gül və baş nazirin keçmiş müavini Bülent Arıncla yeni siyasi partiya yaradacaqlarına dair məlumat yayılmışdı.